Dəniz
Dəniz gözlərini limana dikməz,
Dalğalar fəryadı qoparsa belə.
Dənizin dərdi var, kimsələr bilməz,
Hər kəs bir yad baxar, gətirsə dilə.
Dəniz bir ayrıdır hər baxan gözə
Dənizi anlayan olmayıb hələ.
Dəniz təsəllidir həsrət çəkənə
Dənizin göz yaşı axar içinə.
Dənizdə ümman var, sonsuzluq sanki
Dalğalar sevənə bir sirli həmdəm.
Dənizdə ümid var, dəniz nagüman
Dəniz yoğrulubdur kədərdən, qəmdən.

Dalğalar fəryadı qoparsa belə.
Dənizin dərdi var, kimsələr bilməz,
Hər kəs bir yad baxar, gətirsə dilə.
Dəniz bir ayrıdır hər baxan gözə
Dənizi anlayan olmayıb hələ.
Dəniz təsəllidir həsrət çəkənə
Dənizin göz yaşı axar içinə.
Dənizdə ümman var, sonsuzluq sanki
Dalğalar sevənə bir sirli həmdəm.
Dənizdə ümid var, dəniz nagüman
Dəniz yoğrulubdur kədərdən, qəmdən.







