ice berg

ice berg İslam Dini 9-03-2024, 17:22

İslamda əlli dörd fərz

İslamda əlli dörd fərz
Etiqad, əməl və əxlaq məsələlərində İslamın əsas prinsiplərini müsəlmanlara öyrətməyi asanlaşdırmaq məqsədilə İslam alimlərinin Qurani-kərimdən və sünnədən çıxardıqları bəzi əmr və qadağanlardır. Bunları aşağıdakı 54 maddə halında toplamışlar:

1. Allahın varlığına və birliyinə inanmaq;

2. Halal yeyib-içmək;

3. Qüsl almaq;

4. Dəstəmaz almaq;

5. Beş vaxt namaz qılmaq;

6. Ruzini verənin Allah-təala olduğuna inanmaq;

7. Halal və təmiz paltarlar geyinmək;

8. Allaha təvəkkül etmək;

9. Qənaətkar olmaq;

10. Verdiyi nemətlərə görə Allaha şükr etmək;

11. Allahın verdiyi hökmə (qəza-qədərə) razı olmaq;

12. Allahdan gələn bəlalara səbr etmək;

13. Günahlardan ötrü tövbə etmək;

14. Allah rizası üçün ibadət etmək;

15. Şeytanı düşmən bilmək;

16. Quranın hökmünə razı olmaq;

17. Ölümün haqq olduğuna inanmaq;

18. Allahın dostları ilə dost, düşmənləri ilə düşmən olmaq;

19. Ana-ata ilə yaxşı davranmaq;

20. Yaxşı əməllərə dəvət edib, pis işlərdən çəkindirmək;

21. Qohum-əqrabanı ziyarət etmək;

22. Əmanətə xəyanət etməmək;

23. Allahın qəzəbindən qorxaraq, həddi aşmağı və pozğunluğu tərk etmək;

24. Allaha və Rəsuluna itaət etmək;

25. Günahlardan çəkinib, ibadətlərlə məşğul olmaq;

26. İdarəçilərə itaət etmək;

27. Aləmə ibrət nəzəri ilə baxmaq;

28. Allah-təalanın varlığı barədə düşünmək;

29. Dilini hər cür pis sözdən qorumaq;

30. Qəlbi təmiz saxlamaq;

31. Heç kimi məsxərəyə qoymamaq;

32. Harama baxmamaq;

33. Verdiyi sözə sadiq qalmaq;

34. Qulağını pis sözləri eşitməkdən qorumaq;

35. Elm öyrənmək;

36. Çəkidə və ölçüdə aldatmamaq;

37. Allahın əzabından daim qorxmaq;

38. Zəkat vermək və yardım göstərmək;

39. Allahın rəhmətindən ümid kəsməmək;

40. Nəfsinin istəklərinə tabe olmamaq;

41. Allah rizası üçün kasıblara yemək vermək;

42. Kifayət edəcək qədər ruzi qazanmaq üçün çalışmaq;

43. Malının və hər cür qazancının zəkatını vermək;

44. Aybaşı və nifas halında olan xanımı ilə cinsi münasibətdə olmamaq;

45. Qəlbini günahlardan təmizləmək;

46. Təkəbbürdən uzaq olmaq;

47. Yetkinlik yaşına çatmamış yetimin malını qorumaq;

48. Ləvatdan və hər cür cinsi pozğunluqdan çəkinmək;

49. Beş vaxt namazı vaxtında qılıb, qəzaya qoymamaq;

50. Nahaq yerə heç kəsin malını yeməmək;

51. Allah-təalaya şərik qoşmamaq;

52. Zinadan çəkinmək;

53. Şərab kimi məstedici içkiləri içməmək; 54. Lüzumsuz və yalan yerə and içməmək.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
439 441 358 366 391 408

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.