Ulya

Ulya Şeirlər 9-08-2017, 21:30

Sevən sevdiyini yanında istər

Sevən sevdiyini yanında istər



Sevən sevdiyini yanında istər
Eyni atan qəlbdə ayrılıq nədən?
Sevirsən sevgini sən ona göstər
İki kəlmə ilə nə gedir səndən?!
Sevən sevdiyini yanında istər
Sevən sevdiyinə toxunmaq istər
Əlini həsrətə məhkum eyləmə
Həyatın yolları asfaltdan deyil
Çıxdığın zirvədən düşərsən yerə.



Sevən sevdiyilə ağlamaq istər
Utanıb göz yaşın ondan gizlətmə.
Hər damla intizar alovu üstə
Yağıb cəhənnəmi cənnət eyləyər
Sevgidə göz yaşın qəbahət bilmə
Sevən sevdiyilə ağlamaq istər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
569 629 553 569 625 536

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.