Arsenal 14 ildən sonra 1/4 finalda
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanan daha bir komandanın adı məlum olub.
Loading.aZ xəbər verir ki, "Arsenal" Portuqaliyanın "Poto" komandası ilə üz-üzə gəlib.
Tərəflər arasında görüş 1:0 hesabı ilə topçuların xeyrinə başa çatıb.
İngilislərin yeganə qolunu 41-ci dəqiqədə Trossard vurub.
Ümumi hesab bərabər olduğundan əlavə hissələr oynanılıb. Burda da nəticə dəyişmədiyindən qalibi müəyyən etmək üçün penaltilər seriyası keçirilib.
Seriyada daha dəqiq olan londonlullar 4:2 hesabı ilə qələbə qazanaraq 14 ildən sonra qitənin nüfuzlu turnirində 1/4 finala çıxıb.







