Ulya

Ulya Şeirlər 9-08-2017, 22:00

Gəl Yenə

Gəl Yenə


Limannan uzagda dayanan gəmi.
Yenə Darıxmışam, tək budu Gercək...
Elə bil heç bir şey olmamış kimi,
Gəl Yenə Görüşəy həmişə ki tək...

Yenə saatlarca gözlüyüm səni,
Gələnde sarılım Öpüm üzündən...
Evə qayıtmamiş Özlüyüm səni,
Yenədə darıxım, çıxım sözündən.

Yenə asta asta yanına gəlim,
Utanıb ətrafa qoy baxım hərdən.
Əlini tutanda titrəsin Əlim...
Yalannan deyim ki üşüyürəm mən...

Elə bil Məcnunam, Leylamdı mənim,
Xəyallar qururdum əlbət yatmışam.
O kicik əllərin Dünyamdı mənim,
O Kicik Dünyamda İtib Batmışam...


Həmən küçələri gəzişəy Yenə...
Ömrümü arxaya necə döndərim.?
Uşaglıg şəklimi vermişdim sənə,
İndi ki halımı çəkim, Göndərim...?

Sənlə sagollaşıb çıxıb gedəndə,
Yenə bu Gözlərim Arxanca baxsın.
Hər Dəfə İldırım çaxıb gedəndə,
Gəl Yenə Gözlüyək, Bir Daha çaxsın..
Gəl Yenə
.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
617 576 496 581 539 537

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.