ice berg

ice berg Şeirlər 17-03-2024, 18:00

ŞƏKİLLƏRİM

ŞƏKİLLƏRİM
Yalvarıb-yaxarıb tutsam da dilə,
Ötüb keçən illər düşərmi ələ?
Nə qədər irəli getsəm də belə,
Sizsiniz geriyə yol, şəkillərim!

Xülyalar zülmətdə sızlayan gecə,
Bənzəriniz vardır bir ağır köçə...
Bilmirəm heç səndən ayrılım necə,
Həmişə mənimlə qal, şəkillərim!

Baxıb köks ötürsəm, çatmaz imdada,
Baxanda çevrilir alova, oda.
Bir az başqalaşıb dönsə də yada,
Salmaz ürəyimə xal, şəkillərim!

Seymuru elə bil edibdi sürgün,
Könlüm həyəcanlı, əhvalım gərgin...
Baxacaq tablodan dinməzcə bir gün,
Çarəsiz-çarəsiz lal şəkillərim."

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
495 642 466 401 392 411

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.