ice berg

ice berg Mətbəx 8-04-2024, 12:00

Sobada dadlı balıq bişirmək üçün SADƏ ÜSUL

Sobada dadlı balıq bişirmək üçün SADƏ ÜSUL
Sobada balıq bişirməyin çox sadə üsulu var.

Loading.aZ xarici mətbuata istinadən xəbər verir ki, bunun üçün farel və ya siyənək balığından istifadə edə bilərsiniz.

İki porsiya balıq hazırlamaq üçün lazımdır:

limon

sərt pendir - 100 qram

xama - 3 yemək qaşığı

şüyüd - 1 dəstə

soğan - 1 ədəd

bitki yağı - 1 yemək qaşığı

bibər və duz.

Bişirmə prosesi

Balıq bütün artıqlıqlardan təmizlənməlidir. Daha sonra isə balığa duz və istiot əlavə olunur. Balığın içərisinə doğranmış göyərti və limon dilimləri qoymaq lazımdır.

Qaba əvvəlcədən halqa şəklində doğranmış soğan düzülür. Daha sonra balığı qaba qoyun. Balığın üzərinə yüngülcə limon suyu əlavə edin.

Pendir sürtgəcdən keçirilir və xama ilə qarışdırılır. Daha sonra isə balığın üzərinə əlavə edilir.

Balıq təxminən yarım saat 180 dərəcədə bişirilməlidir. Sobanı əvvəlcədən qızdırmaq məsləhətdir.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
380 393 321 371 355 359

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.