reklam
Gəncədə qanunsuz küçə ticarəti və antisanitariya ilə bağlı monitorinqlər keçirilib Gəncədə qanunsuz küçə ticarəti və antisanitariya ilə bağlı monitorinqlər keçirilib https://sun.az/uploads/posts/2024-04/1713334715_1197292.jpg
ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Azərbaycan 17-04-2024, 16:40

Gəncədə qanunsuz küçə ticarəti və antisanitariya ilə bağlı monitorinqlər keçirilib

Gəncədə qanunsuz küçə ticarəti və antisanitariya ilə bağlı monitorinqlər keçirilib
Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları antisanitar vəziyyət yaradan küçə ticarətinin qarşısının alınması məqsədilə şəhər ərazisində profilaktik tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunadan Sun.Az-a verilən məlumata görə, tədbirlər zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıblar.

Polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər apararaq yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırıblar.

Baş İdarə əməkdaşları tərəfindən qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslər barəsində də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Bundan başqa monitorinq zamanı şəhər ərazisində fəaliyyət göstərən bir neçə avtoyuma məntəqəsində çirkab suların yola axıdılması nəticəsində antisanitar vəziyyətin hökm sürməsi məlum olub. Həmin məntəqə sahibləri ilə profilaktiki söhbət aparılıb və barələrinə qanuna müvafiq tədbir görülüb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
43 39 48 60 47 29

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.