reklam
Çox asan hazırlanan dadlı peçenye RESEPTİ Çox asan hazırlanan dadlı peçenye RESEPTİ https://sun.az/uploads/posts/2024-04/1713507058_66212903adf4b66212903adf4d171344921966212903adf4566212903adf48.jpg
ice berg

ice berg Mətbəx 19-04-2024, 14:00

Çox asan hazırlanan dadlı peçenye RESEPTİ

Çox asan hazırlanan dadlı peçenye RESEPTİ


Dadlı və sağlam yulaf peçenyelərinə yeganə alternativ kokos peçenyesidir. Bu peçenyeler mağazada satılan hazır kokos lopalarından hazırlana və ya istəsəniz özünüz də edə bilərsiniz.

Loading.aZ çox dadlı olan kokos peçenyelərinin hazırlanma qaydasını təqdim edir:

Lazım olan ərzaqlar:

Kokos qırıntıları - 40 qram

Un - 350 qram

Yumurta - 1 ədəd;

Şəkər tozu - 3 yemək qaşığı;

Kərə yağı - 100 qram

1 paket vanil və bir çimdik duz;

Qabartma tozu - 1 çay qaşığı.

1. Dərin bir qabda yumurtaları şəkər tozu, duz və vanil əlavə edərək çalın.

2. Unu qabartma tozu ilə qarışdırın və ərinmiş kərə yağı tökün. Daha sonra yumurtalı qarışığa əlavə edin.

3. Sonra kokos ləpələrini əlavə edərək qarışdırın. Üzərini falqa ilə örtün və xəmiri 20 dəqiqə soyuducuda saxlayın.

4. Sonda peçenyeləri düzəldirik və yağlı kağız örtülmüş qaba qoyuruq. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 12-15 dəqiqə bişiririk. Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
26 33 44 35 44 44

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.