Гянджинец ✵

Гянджинец ✵ Şeirlər 10-08-2017, 19:13

Sevinc də sevgi də,qəm də qoşadı...)

Sevinc də sevgi də,qəm də qoşadı...)
Sevinc də sevgi də,qəm də qoşadı...)

Sevinc də sevgi də,qəm də qoşadı,
dünyanın bir üzü ağ olur ancaq...
Eşqini yaşaya bilən yaşadı,
çox eşqlər ürəyə dağ oldu ancaq!...

Hərdən çiçəklərim açmadan solub,
kədərli gözlərim gül açıb ancaq...
Hərdən ürəyimə ağrılar dolub,

nəğmələr könlümdə dil açıb ancaq!...

Bağlanıb bu eşqə,bu saf mənaya,
coşqun çaylar kimi aşıb-daşmışam!...
İnsana,bahara,bu gen dünyaya,
şair olmasam da,şeir qoşmuşam...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
652 671 592 653 630 604

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.