Diablo

Diablo Bürclər 28-04-2024, 13:00

Bürclər üçün GÖZLƏNİLƏN XƏBƏR: Önümüzdəki 4 ay boyunca...

Bürclər üçün GÖZLƏNİLƏN XƏBƏR: Önümüzdəki 4 ay boyunca...
Merkuri Qoç bürcündə aprelin 1-də geriyə doğru hərəkətinə başlayıb. Aprelin 1-də başlayan retrograd dünən saat 15:55-dən sonra başa çatıb.

Astroloq Dinçer Güner bu barədə açıqlama verib. O bildirib ki, son 3 həftədir yaşadığınız ünsiyyət çaşqınlığı, elektron cihazlarla bağlı problemlər, bir çox şeylərin dayandırılması, sistemli problemlər, bir-birinizi başa düşə bilməməniz, əlaqənizin kəsilməsi və səhv hesablamalar dövrü artıq başa çatmaq üzrədir:

“Qarşıdakı 4 ay rahatlıq dövrüdür. Bu, son 3 həftədir həyatımızı pozan və problem yaradan məsələləri yenidən müzakirə etmək və istəsək, təbii ki, yenidən onların üzərində işləmək dövrümüzün başlanğıcıdır.

Artıq siz sərbəst şəkildə yeni biznesə başlaya, iş təkliflərini qiymətləndirə, hesab aça, kredit götürə, ev ala, tərəfdaşlıq qura, işə müraciət edə, telefonlarınızı yeniləyə, ailə qura, internet saytı aça bilərsiniz. Bizneslə məşğul olun, sərbəst şəkildə elektronika alın, müqavilələr imzalayın, ev almaq, satmaq, kirayə vermək və yeni ideyalarınızı həyata keçirmək üçün yaxşı imkanlarınız olacaq”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
363 370 325 384 354 338

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.