amon

amon İdman 30-04-2024, 19:43

Nemanya Ancelkoviç Azərbaycana qayıda bilər

Nemanya Ancelkoviç Azərbaycana qayıda bilər
Rusiyanın "Akron" klubunun müdafiəçisi Nemanya Ancelkoviç yenidən Azərbaycana qayıda bilər. Serbiyalının komandası hazırda birinci liqada Premyer Liqa uğrunda mübarizə aparır. Buna baxmayaraq, onun ölkəmizə qayıtmaq ehtimalı yüksəkdir.

Loading.az saytına verilən məlumata görə, serbiyalı müdafiəçiyə maraq göstərən komandalar az deyil. Hələ ötən mövsümün qış fasiləsində "Neftçi"yə keçidi gündəmdə olsa da, transferi baş tutmayan Nemanyanın Premyer Liqada çıxış edən "Sabah" və "Səbail"in maraq dairəsində olduğu iddia edilir. Hətta onun Azərbaycandakı sabiq komandası "Zirə"nin də Ancelkoviçi geri qaytarmaqda maraqlı olduğu bildirilir.

27 yaşlı futbolçunun "Akron"la müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. Amma futbolçunun Azərbaycan klublarının birində konkret və maliyyə şərtləri uyğun təklif olacağı təqdirdə, ölkəmizə olan sevgisinə görə Premyer Liqamıza qayıtmağa üstünlük verəcəyi deyilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
255 284 272 275 289 285

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.