Moskva haqqında
Moskva (rus. Москва) — Rusiya Federasiyasının paytaxtı. Dünyanın ən bahalı şəhərlərindən biri.
Moskva dünyanın ən iri şəhərləri sırasındadır. Çoxlu sayda fabrik-zavodları, 6 aeroportu, dəmiryol vağzalları, yüzlərlə ali təhsil müəssisələri, muzeyləri, teatr və konsert zalları, nadir tarixi və memarlıq abidələri, özünəməxsus meydanları, prospektləri olan bu şəhərin yaranma tarixi 1147-ci ilə təsadüf edir. Moskvada müxtəlif millətlərin nümayəndələri yaşayır, təhsil alır, işləyir. Əhalisinin sayı 11 979 529 (2013). Ərazisi 1081 kvadrat kilometrdir.
Son zamanlar postsovet məkanında baş verən dəyişikliklər Moskvadan da yan keçməyib. Ancaq yeni-yeni göydələnlər, kafelər, restoranlar, əyləncə-istirahət mərkəzlərinin durmadan artmasına baxmayaraq, şəhər əsas simasını qoruyub-saxlayır. Əsası hələ XVI əsrdən qoyulan dairəvi planlaşdırma, Moskva çayının əyri yolları, şəhər məhəllələrini bir-birindən ayıran yaşıllıq sahələri, köhnə məhəllələrin qədim döngələri toxunmaz olaraq qalır. Şəhərin əvvəllər boş çöllüklər olan ətrafında yeni-yeni rayonlar, yaşıl parklar, süni meşələr salınır. Moskva həm də dünyanın ən bahalı şəhərləri sırasında illərdir birinci və yaxud Tokiodan sonra ikinci yeri tutur.
Şəhər Rusiya və Avrasiyada böyük bir siyasi, iqtisadi, mədəni və elmi mərkəzidir. Forbes 2013-ə görə, Moskvada dünya milyarderlərinin ən böyük icması var.
Əhali
2016-ci il siyahıyaalmasına əsasən Moskva şəhərinin 12 330 126 nəfər əhalisi var.
Hadisələr
1980 Yay Olimpiya Oyunları
2009 Avroviziya Mahnı Müsabiqəsi