HASANLY

HASANLY İdman 2-05-2024, 12:47

UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür

UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
Bu gün UEFA Konfrans Liqasında yarımfinalın ilk görüşləri keçiriləcək.

Məlumata görə, “Aston Villa” (İngiltərə) - “Olimpiakos”la (Yunanıstan), “Fiorentina” (İtaliya) - “Klub Brügge” (Belçika) ilə qarşılaşacaq.

“Aston Villa” - “Olimpiakos” görüşünü meydan sahiblərindən Buendiya, Kamara, Minqz, Moreno, Remsi və Zanyolo zədə, qapıçı Emiliano Martines isə cəzalı olduğundan buraxmalı olacaqlar. Qonaqlarda da itkilər var. Ntoi və Masuras cəzalı, Fadiqa isə zədə üzündən komandasına kömək edə bilməyəcəklər.

“Fiorentina” - “Klub Brügge” komandaları isə görüşə itkisiz çıxacaqlar.

“Aston Villa” - “Olimpiakos”

Baş hakim: Marko Quida (İtaliya)
Stadion: “Villa Park” (Birmingem)

“Fiorentina” - “Klub Brügge”

Baş hakim: Maykl Oliver (İngiltərə)

Stadion: “Artemio Franki” (Florensiya)

Qeyd edək ki, hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
231 298 293 276 264 271

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.