ice berg

ice berg İdman 4-05-2024, 19:23

"Atletiko" Oblakı De Xea ilə əvəzləmək istəyir

"Atletiko" Oblakı De Xea ilə əvəzləmək istəyir
İspaniyanın "Atletiko" klubu yayda komandadan gedəcək qolkiper Yan Oblakı David De Xea ilə əvəzləmək istəyir.

"Loading.aZ'ın "Todofichajes"ə istinadən məlumatına görə, Madrid təmsilçisi "Mançester Yunayted" klubundan ayrılan De Xea ilə danışıqları davam etdirir.

İspaniyalı qolkiperlə danışıqlar uğursuz alınarsa, Madrid klubu İngiltərə "Çelsi"sindən Kepa Arrisabalaqanı transfer etməyə çalışacaq.

Qeyd edək ki, Y.Oblak 2014-cü ilin iyulundan "Atletiko"nun formasını geyinir. 31 yaşlı sloveniyalı bu mövsüm Madrid klubunun heyətində keçirdiyi 49 oyunda 64 qol buraxıb.

"Transfermarkt" portalı onun bazar dəyərini 30 milyon avro qiymətləndirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
258 275 302 276 293 244

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.