ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Azərbaycan 8-05-2024, 21:23

Bakının məşhur bazarı sökülür? – Rəsmi

Bakının məşhur bazarı sökülür? – Rəsmi
Bakıda tıxacların aradan qaldırılması üçün Ziya Bünyadov prospektinə paralel olaraq Həsən Əliyev küçəsindən “Koroğlu” metro stansiyasına qədər çəkiləcək yeni yolun məşhur “Keşlə” bazarının ərazisindən keçəcəyi və buna görə də bazarın söküləcəyi haqda məlumat yayılıb.

Take.az xəbər verir ki, bu barədə Cin.az-a danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib ki, bu haqda hazırda qəti söz demək çətindir.

“Hazırda tikinti ərazisinə düşən yaşayış və qeyri-yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanır. İndiki mərhələdə tikinti altına düşən maneələrin ilkin qiymətləndirilməsi işləri yerinə yetirilir. Bu işlər yekunlaşandan sonra bu barədə dəqiq söz demək mümkün olacaq”, – A.Nəcəfli qeyd edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
434 440 358 356 339 339

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.