Diablo

Diablo Texnologiya 11-05-2024, 16:00

Apple M4 prosessoru Geekbench 6 testindən keçib

Apple M4 prosessoru Geekbench 6 testindən keçib
Apple şirkəti M4 adlı yeni prosessorunu təqdim edəndən sonra onun Geekbench 6 bençmarkının testindən keçdiyi məlum olub. Geekbench 6 testi nəticəsində məlum olmuş maraqlı fakt ondan ibarətdir ki, M4 prosessoru keçən ilki M3 prosessorundan daha aşağı tezlikdə çalışır. Lakin bununla belə yeni prosessor Geekbench 6-da keçən ilki M3-ü üstələyir. Qeyd etmək lazımdır ki, bu yeni prosessor dünən təqdim edilmiş yeni iPad Pro planşeti tərkibində test edilib. Prosessorun Geekbench 6-nın bir və çox nüvəli testlərdə hansı göstəricilərə nail olduğu məlum deyil.

Belə ki, Geekbench 6 testi prosessorun süni zəka tapşırıqlarının emalında sərgilədiyi gücü əks etdirir. Beləliklə M4 bu mövzu üzrə Geekbench 6-da 9234 xal toplayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki M3 prosessoru eyni test çərçivəsində 8331 xal toplayır. M4-ün təqdimatı zaman Apple bildirmişdi ki, onda ən güclü neyron prosessoru istifadə edilir və həmin neyron prosessor 1 saniyə ərzində 38 milyard əməliyyatı yerinə yetirə bilir. Bununla yanaşı Geekbench 6 sayəsində məlum olub ki, M4 prosessoru 3.93 GHz tezlikdə çalışır. M3-də isə bu göstərici 4.03 GHz təşkil edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
416 347 293 346 312 360

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.