ice berg

ice berg Evlilik 11-05-2024, 16:38

Evliliyi nələr öldürür?

Evliliyi nələr öldürür?
Son vaxtlarda boşanma halları sürətlə artır... Bəs evliliyi bu nöqtəyə gətirən səbəblər görəsən hansılardır? Bu da bəzi səbəblər:

Hörmətsizlik

Bəzi insanlar evlənən kimi "Ər-arvad arasında rəsmiyyət olmaz" fikriylə hörməti aradan götürürlər. Halbuki, hörmət sevgini bəsləyir. Hər kobud söz və davranış sevgi divarından qoparılan bir kərpicdir.

Sevgisizlik

Bəzi insanlar da evləndikdən sonra "Səni sevirəm" sözünü deməyi yersiz sayır. "Ona tez-tez sevdiyimi deməyin nə mənası var?" deyirlər. Sevgini aşkar etməmək sevginin alovunu söndürməkdir.

Ünsiyyət qurmamaq

Hər iki tərəf bir-birlərinə sevgilərini, zövqlərini aşkar etməlidirlər. Sevinclərində ortaq, kədərli vaxtlarda bir-birinə dayaq olmalıdırlar. Ünsiyyət olmadığı zaman onlar özlərini yalqız hiss edərlər. Çünki ünsiyyət sevginin dilidir.

Eqoizm

Sevgi, mərhəmət və fədakarlıq hissindən məhrum olan kişinin "Yuvanı dişi quş düzəldər" məntiqiylə hər şeyi qadından gözləməsi, qadının da ondan həddindən artıq diqqət gözləməsi sevgini öldürür. Çünki eqoizm sevgini üyüdən dəyirmandır.

Mənfi fikirlər

Bəzi insanlar "Niyə mənə elə dedin?" deyə hər şeyi səhv qiymətləndirərək həyat yoldaşının onu sevmədiyini fikirləşir. Hər zaman səhv başa düşülən həyat yoldaşı özünü hakim qarşısında mühakimə olunan günahkar kimi hiss etməyə başlayır. Mənfi fikir sevginin ölüm fərmanına atılan imzadır.

Spirt, qumar kimi pis vərdişlər

Spirt sevgi bulağına atılan zəhər, qumar sevgi yuvasını məhv edən bomba, pis vərdişlər sevgini udan canavardır.

Kin, nifrət, əsəb

Kin sevginin soyuducusu, əsəb sevginin barıt çəlləyi, nifrət sevginin cəlladıdır.

Mədəniyyət uyğunsuzluğu

Kitab oxumaq xəstəsi olan bir insanla kitaba nifrət edən insanın arasında uçurumdan başqa nə ola bilər?

Xasiyyət və temperament uyğunsuzluğu

Bir-birlərini sevsələr də fərqli xasiyyət və təbiətli cütlüklər bişmiş sevgi aşına qatılan soyuq sudur.

Ailə yıxanların araya girməsi

Qaynana, baldız, xala, bibi və s. yaxınların ərlə arvadın arasına girməsi onlar arasında sevginin edam qərarını verən ailə məhkəməsidir.

Həyat yoldaşını dəyişməyə çalışmaq

Davamlı "Belə hərəkət et, belə davran, belə danış" deyərək yoldaşını uşaq kimi öyrətmək, öyrətməyə cəhd etmək sevginin ölüm tələsidir.

Zorakılıq

Həyat yoldaşa atılan hər yumruq sevgi bağını kəsən bir qayçıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
338 329 267 294 259 280

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.