amon

amon İdman 13-05-2024, 22:26

Avrokubokların final oyunlarının hakimləri bəlli olub

Avrokubokların final oyunlarının hakimləri bəlli olub
Avrokubokların 2023/2024 mövsümünün final oyunlarını idarə edəcək baş hakimlərin adları açıqlanıb.

"LoaDinG.Az" UEFA-nın "X" səhifəsinə istinadən xəbər verir ki, Çempionlar Liqasında "Real" (Madrid) və "Borussiya" (Dortmund) arasında keçiriləcək görüşü sloveniyalı Slavko Vinçiç idarə edəcək.

Avropa Liqasının həlledici matçında üz-üzə gələcək "Bayer 04" və "Atalanta" komandalarının oyununa rumıniyalı İştvan Kovaç təyin olunub.

Konfrans Liqasının "Olimpiakos" - "Fiorentina" matçına portuqaliyalı Artur Soareş Diaş təyinat alıb.

Qadınlar arasında Çempionlar Liqasının qalibinin müəyyənləşəcəyi "Barselona" - "Lion" görüşündə isə Rebekka Uelş ədaləti qoruyacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
295 333 279 259 281 294

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.