n2006

n2006 Mətbəx 16-05-2024, 15:00

Əriştəli toyuq şorbası

Əriştəli toyuq şorbası
Uşağınız qrip olubsa, bu şorbanı menyunuza əlavə etməyi məsləhət ederdik. Toyuq bulyonu, xəstəlik halında ağla gələn ilk yeməkdir. Həkimlər də qrip xəstələrinə toyuq bulyonunu tövsiyə edirlər. Çünki toyuq ətini yemək asandır. Buna görə də iştahsızlığın olduğu bir xəstəlik zamanı toyuq bulyonu ilə hazırlanan yeməklər uşaqlara hətda böyüklərə də tövsiyə olunur. Bundan əlavə, qrip olan insana bol maye içmək vacib olduğu halda şorba bu kimi hallarda köməyə yetişən bir yeməkdir.

Toyuqun müxtəlif yerlərindəki ətin xüsusiyyətləri də fərqlidir. Məsələn, zülal əsasən döş ətində, yağ isə boyun bud və s. hissədə cəmlənir. Zülal və yağ tərkibi baxımından əhəmiyyətli bir üstünlüyə sahib olan toyuq əti, xüsusilə dəmir, fosfor və B qrup vitaminlərinin yaxşı mənbəyidir. Bişmiş toyuq ətinin qidalandırıcı dəyəri, yenidən qızdırmaqla biraz daha azalır. Təkrar istiləşmədən çəkinin, mümkün qədər uşaq üçün bişirdiyiniz toyuq ətini bişdiyi gündə yedirməyə çalışın.
Əriştəli toyuq şorbası üçün inqridiyentlər:
· Toyuq döş ətinin yarısı,
· 1/2 fincan əriştə,
· 2-3 budaq cəfəri,
· 1 xörək qaşığı «Zeytun Bağları» zeytun yağı,
· 1 kiçik kök,
· 5 stəkan su.
Əriştəli toyuq şorbasının hazırlanması:
Dəridən təmizlənmiş və yaxşıca yuyulmuş toyuq əti qazana qoyulur və su əlavə olunur. Orta istilikdə 30 dəqiqə bişdikdən sonra toyuq əti sudan çıxarılır. Toyuq əti didilib, kiçik parçalara kəsilir. Bu vaxt, əlavə tavada zeytun yağı ilə incə doğranmış və ya rəndələnmiş kök orta istilikdə 3-4 dəqiqə bişirilir. Qaynayan toyuq bulyonuna bişmiş kök, didilmiş toyuq, bütöv halda cəfəri və əriştə əlavə olunur. Orta istilikdə 10 dəqiqə bişirilir. Əriştə bişirildikdən sonra ocaqdan götürülür. Qoyduğunuz bütöv cəfəri yeməkdən götülür.
Körpələr üçün şorbanı əl blendirindən keçirib, verə bilərsiniz. Körpəniz xəstədirsə, iştahsızdırsa, yeməkdə çox çətinlik çəkirsə, blenderdən çox xırda keçirə bilərsiniz. Əks halda yeməyi çox xırda keçirməyə ehtiyac yoxdur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
345 302 308 320 279 323

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.