n2006

n2006 Ana və uşaq 16-05-2024, 19:00

Uşaq xəstə olanda valideynlər adətən hansı 3 səhvi edir?

Uşaq xəstə olanda valideynlər adətən hansı 3 səhvi edir?
Ailədə uşağın xəstələnməsi böyük həyacan və narahatçılığa səbəb olur. Lakin bundan qorxmaq və təşvişə düşmək lazım deyil. Uşağın immun sistemi müxtəlif virus və infeksiyalarla «qöruşəndə» inkişaf edir, möhkəmlənir, daha mükəmməl olur. Bu təbii fizioloji prosesdir. Pediatrların fikrinə görə, hər bir uşağın 1 il ərzində 4-5 dəfə xəstələnməyə «hüququ» var. Bu zaman uşağa sadəcə düzgün baxmaq lazımdır ki, xəstəlik fəsadlar verməsin.

Təəssüf ki, bir çox valideynlər soyuqdəymə və qripp zamanı uşağa düzgün baxım qaydalarını bilmir və bu kimi səhvlər edir:


1. Qızdırması olan uşağı isti otaqda saxlmaq, üstünü isti yorğanla örtmək və s. Bu yalnız hərarətin artmasına, uşağın vəziyyətinin daha da ağırlaşmasna gətirib çıxardacaq. Əksinə otağan temperaturanı aşağı salmaq, uşağı yüngül geyindirmək, üstünü yüngül örtmək lazımdır.

2. Həkimlə məsləhətləşmədən uşağa antibiotiklər vermək. Bu çox yayılmış və ciddi səhvdir. Soyuqdəymə və qripp xəstəlikləri virus tərəfindən törədilir ki, antibiotiklər viruslara təsir etmir. Antibiotik yalnız həkim tərəfindən və buna ciddi səbəb olanda uşağa təyin edilir. Səbəbsiz qəbul olunan antibiotik orqanizmə yalnız ziyan vurur.

3. Xəstə uşağı zorla yedizdirmək, kalorili yeməkləri vermək. «Uşaq yaxşı yesin ki, sağalsın» kimi fikirlər yalnışdır. Əksinə xəstəlik zamanı uşağın yeməyi yüngül və duru olmaldır. Uşaq yemək istəmirsə, onu zorla yedizdirməyin, ona bol maye verin. Bu uşağın vəziyyətini yüngülləşdirir, sağalmanı tezləşdirir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
358 328 346 324 316 317

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.