ice berg

ice berg İslam Dini 16-05-2024, 21:01

Həcc və ümrə ziyarətlərinin fərqi nədir?

Həcc və ümrə ziyarətlərinin fərqi nədir?
Həcc və ümrənin hər ikisi müsəlmanların müqəddəs məkanı olan Məkkənin ziyarət edilməsi ayinidir. Bunların hər ikisində insan ehram bağlayır və ehram halında ona bəzi əməllər ona qadağan edilir. Lakin yerinə yetirilmə müddəti və digər xırdalıqlar baxımından bunların arasında fərqlər vardır. Məsələn, həcc sona çatana kimi Məkkə ətrafındakı “hərəm” adlanan ərazini tərk etmək olmaz, ümrədə bu qadağan yoxdur. Ümumi anlamda həcc və ümrə arasındakı ən böyük fərq onların icra edilmə zamanı ilə bağlıdır. Belə ki, həcc – zilhiccə ayının konkret günlərində şəriətdə göstərilmiş konkret formada ziyarət ayinidir. Ümrə isə ilin istənilən günündə yerinə yetirilə bilər. Həcc ziyarətini yerinə yetirənlər də bundan əvvəl ümrənin bəzi vacib əməllərini icra etməlidirlər. Həcc günləri başlamazdan bir neçə gün əvvəl ümrəni yerinə yetirdikdən sonra həcc əməllərinin özü başlayır. Həcc zamanı mütləq qurbanlıq kəsilməlidir, ümrədə bu vacib deyil. Həcc ziyarətini yetirənlərə “hacı” deyə müraciət olunur, ümrə ziyarətində olanlara isə “hacı” deyilməz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
486 475 416 432 448 395

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.