Diablo

Diablo İdman 17-05-2024, 15:30

Azərbaycanın iki boksçusu Macarıstandakı turnirdə finala yüksəlib

Azərbaycanın iki boksçusu Macarıstandakı turnirdə finala yüksəlib
Azərbaycanın iki boksçusu Macarıstanın Eqer şəhərində gənclər arasında keçirilən beynəlxalq turnirdə finala yüksəlib.

"Take.az" Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarımfinalda Tağı Nəsibov (60 kq) macarıstanlı Daniel Frankla qarşılaşıb.

Boksçumuz 5:0 (30:26, 30:26, 30:26, 29:27, 30:26) hesabı ilə qələbə qazanaraq finala yüksəlib. O, həlledici görüşdə özbəkistanlı Abdulaziz Jurakulovla üz-üzə gələcək.

Abbasqulu Şadlinski (71 kq) də komanda yoldaşının uğurunu təkrarlayıb. O, yarımfinalda Rastislav Aniskodan (Slovakiya) güclü olub – 5:0 (29:27, 29:28, 29:28, 29:28, 29:28). Şadlinski finalda Arpad Jamborla (Macarıstan) qarşılaşacaq.

Qeyd edək ki, final döyüşləri bu gün keçiriləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
294 292 251 227 231 293

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.