ice berg

ice berg İdman 19-05-2024, 09:00

Milli komandalarımız U-15 Avropa çempionatları tarixində ilk dəfə çempion olublar

Milli komandalarımız U-15 Avropa çempionatları tarixində ilk dəfə çempion olublar
Yunanıstanın Lutraki şəhərində keçirilən Avropa çempionatına yekun vurulub.

Loading.aZ xəbər verir ki, yarışın son günündə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşib.

Millimiz böyük məşqçi Əbilfət Məmmədov, məşqçilər İlham Vezirov və Sənan Əlimirzəyevin rəhbərliyi altında uğurlu çıxış edib.

Yığmamız qitə birinciliyində 10 (bir qızıl, dörd gümüş, beş bürünc) medal qazanıb. Qurban Məcnunov (41 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Xudayar Kərimov (38 kq), Abdulrəhman Hüseynli (41 kq), Amin Əsgərli (48 kq) və Məhəmməd Orucov (85 kq) ikinci, Ümüd Babayev (38 kq), Hüseyn Vəlizadə (57 kq), Əli Məmmədov (68 kq), Zöhrab Səfərov (75 kq) və Rauf Mütəllimov (85 kq) isə üçüncü yeri tutublar.

Yekunda 158 xal toplayan millimiz komanda hesabında Avropa çempionu olub. Yığmamız ikinci yeri tutan Ukraynanı 65 xal qabaqlayıb. Ermənistan (92) isə üçüncü olub.

Qeyd edək ki, millimiz iki il əvvəl Xorvatiyada keçirilən analoji yarışda da çempion olub.

Beləliklə, U-15 Avropa çempionatları tarixində ilk dəfə bir yarışda iki komandamız (sərbəst və yunan-Roma) çempion olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
342 237 231 243 193 229

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.