Diablo

Diablo İdman 21-05-2024, 16:30

Mbappe vida mərasimi üçün 250 nəfərlik qonaqlığa Makronu da çağırdı

Mbappe vida mərasimi üçün 250 nəfərlik qonaqlığa Makronu da çağırdı
PSJ-nin hücumçusu Kilian Mbappe Fransa klubundan ayrılması ilə əlaqədar Parisdə vida naharı təşkil edib.

Tədbir Parisin mərkəzində Eyfel qülləsinə baxan italyan restoranında baş tutub. Qonaqlar siyahısında Fransa Prezidenti Emmanuel Makron, PSJ-nin hazırkı və keçmiş oyunçuları da daxil olmaqla, ümumilikdə 250 nəfərin adları olub.

Xatırladaq ki, mayın 10-da Mbappe 2023/24 mövsümünün sonunda azad agent kimi PSJ-dən ayrılacağını açıqlayıb.

25 yaşlı fransız 2017-ci ildən PSJ-də çıxış edib. Bütün yarışlarda 307 oyunda komandanın formasını geyinib, bu oyunlarda 256 qol vurub və 108 məhsuldar ötürmə edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
300 299 273 283 284 241

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.