Dəridəki qırışlar adətən birbaşa onların altındakı daralma əzələsinə perpendikulyar şəkildə əmələ gəlir. Məsələn, alın əzələsi şaquli əzələdir və büzüldükdə (məsələn, qaşları qaldırarkən) yaranan qırış xətləri üfüqi olacaq. Əzələlərdə olan dərman sinir impulslarını bloklayır, onların fəaliyyəti azalır, qırışlar azalır. Dərin mimik qırışlar zamanı botoks cizgiləri “yumşaldır”, lakin onları tam aradan qaldırmır, müayinə və mütəxəssis konsultasiyası tələb olunur.
Enjeksiyon(iyne ile) proseduru adətən 10 ilə 30 dəqiqə çəkir,ve agrisizdir nəticəni dərhal gözləmək lazım deyil, çünki dərmanın aktiv maddəsinin sinir ucuna yapışması 2 ilə 4 gün çəkir. Maksimum təsir adətən təxminən 2 həftədən sonra baş verir.
Əks göstərişlər:
*hamiləlik və laktasiya;
*prosedur bölgəsində dəri xəstəlikləri, iltihablar, döküntülər;
*herpes və digər viral infeksiyaların kəskinləşməsi;
*otoimmün xəstəliklər;
*qan laxtalanma pozğunluqları.
*menstruasiya zamani(ay dönemi)
Sun.Az - Həyat Hekayəni Yarat
