Diablo

Diablo İdman 24-05-2024, 14:30

Cüdo üzrə dünya çempionu Zelim Kotsoyev vətənə qayıdıb

Cüdo üzrə dünya çempionu Zelim Kotsoyev vətənə qayıdıb
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi Zelim Kotsoyev vətənə qayıdıb.

Sun.az xəbər verir ki, dünya çempionumuzu Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının kollektivi, idman ictimaiyyətinin nümayəndələri və yaxınları böyük coşqu ilə qarşılayıblar.

O, bu uğuru ilə Azərbaycan cüdo tarixində rekorda imza atıb. Bundan əvvəl Kotsoyev 2022-ci ildə Daşkənd, 2023-cü ildə isə Dohada keçirilən mundiallarda fəxri kürsüyə yüksəlib. Onun qazandığı medalların əyarı bürünc olub.

Qeyd edək ki, Kotsoyevdən öncə Hidayət Heydərov (73 kq) da dünya çempionatında qızıl medal qazanıb. Azərbaycan millisi isə 2 çempionluqla mundiallar tarixində ən yaxşı nəticəsinə imza atıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
320 310 306 279 319 287

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.