‘Sənin dərdin mənim dərdimdir’ deyəcək biri olsun həyatınızda


`•Nə sevməyə gücüm var artıq,nə də başqa bir şeyə. Nə yeni insanlar tanımağa həvəsim var, nə də ümid etməyə. Məni həyat yordu, o güclü insan yoxdu artıq. Əlini üzdü hər şeydən qabığına çəkildi. Xəyal belə qura bilmədi daha,çünki xəyallarını yıxdılar,o da xəyal qurmağa qorxar oldu. Hər dəfəsində yaxşı olduğundan,gözəl sevdiyindən itirərmi insan? Sevilmək üçün pis biri olmaq məcburiyyətindəyəm? Bəs yaxşılar həmişə qazanardı? Bəs gözəl sevmək,yaxşı biri olmaq gözəl şeylər idi? Solyanımsan deyənin sol yanı ağrımır heç? Bu qədərmi daş ürəksən? Solyanına toxunduğunda ağlına məni gətirməyəcək qədər daş ürəksən..?

Səni sevirəm - deyəcək birinin olması deyil sevgi. Kəlmələrdən asandı nə var ki? ‘Sən mənimsən, mən də sənin’ deyəcək biri olsun həyatınızda. Sizdə deyil, bütün varlığı ilə bunu sənə hiss etdirəcək biri olsun həyatında. ‘Sənin dərdin mənim dərdimdir’ deyəcək biri olsun həyatında. Çətinliyində niyə belə oldu deyəcək biri deyil, necə yoluna qoya bilərik düşünən biri olsun həyatınızda. ‘Qəlbin qəlbimlə gülsün’ deyən biri olsun həyatınızda. Elə xoşbəxtlik bəxş etsin ki üzüləndə də üzünü mütləq güldürəcək deyə ümidin də olsun...
‘Ömür sənlə bitsin’ deyəcək biri olsun yanında. Sənə elə aşiq olsun ki sevgisi bir ömürə sığmasın.♥️

• Deyirəm insanoğlu çox səbrsizdir ..Tələsirlər, doğru düşüncələrdən də qaçırlar .🥲
Doğru sevgidən də qaçırlar .
Yanlış insanlara tanimadan həmən bağlanırlar ..Nədir nədir "Sevgilim var", məni sevir", "Dəyərlim var"tipi kənardan xoş görünən, əslində içi boş cümlələri sərf etmək üçün ətrafındaki insanlara xoşbəxtlik oyunu oynayır, öz aləmində sevir .Sevginin böyüklüyü bu qədər mi tez sərf olunur.Bu qədər mi aciz qaldı sevgi məfhumu insanların ruhlarında .Nə danışırsan? Ola bilməz axı Babam danışır, deyir mən nənənlə 60 ilə yaxindır birlikdəyəm.Hərgün dalaşırıq amma hərgün daha da çox sevirəm onu.. Heyif ömrümün son illəridi, kaş bir ömür də verilərdi,bir 60 il də sevərdim onu.Sevgi budur.. Bir ömür yaşamaq və hərgün daha da çox sevmək.. Bacararsınız? Bu suala bu dəfə tələsmədən cavab verin.
Tələsən saf sevgiyə möhtac qalar, əzizim .🤍