Ən çox özündən yorulur insan...

Yorulur insan... bir musiqinin notlarında dərinə batmaqdan, heç kəsə deyə bilmədiklərindən, eyni şeylərin xəyalını qurmaqdan, susmaqdan, hər hansı bir xatirəyə ilişib qalmaqdan, ruhsuz badənlərdə öz ruhuna bənzər birini tapmağa çalışmaqdan, hər şeyi yenidən düzəltməkdən, çirklənmiş düşüncələrdən, həyatdan aldiğı zərbələrdən,itirdiklərindən, qırdıği qəlblərdən, kimsəsiz
qəlbindən, hissizləşməkdən, sonunu bilmədiyi yolda addımlamaqdan və ən çox özündən yorulur insan...

İnsan bəzən nə yazacağını,hardan başlayacağını belə bilmir. Nə yazsa necə yazsa fikrini tam ifadə edə bilər? İnsan həyatı düşünülən qədərdə asan olmur. Kimin nə yaşadığını yalnız özü bilər. Hissləri ifadə etmək olmur bəzən. Bəzən kənardan soyuq, buz kimi görünən birinin hekayəsini dinlədikdə öz problemlərindən, dərd etdiyin şeylərdən utanarsan. Həyat hamını dəyişir. Saflığını, hisslərini, həyəcanını əlindən alır. Sanki robotlaşırsan. Aynanın önünə keçdikdə özünlə danışdıqda mən bu deyildim deyərsən. Amma edəcək bir şey də yoxdur. Çünki yaşama davam etmək üçün hissizləşməlisən ki, ağrıları hiss etməyəsən..

Dünyada ölüm deyə bir gerçək varkən, sevdiyiniz insanın hələdə nəfəs aldığına dua edin, axşam ananızın sizə qapını açmasına şükür edin. Qiymət bilin,sevin. Sevərkən incitməyin. Kibirlilik edib getməklərinə icazə verməyin. Gün gələr, elə itib gedər ki o əllər ovuclarınızdan… Deyərlər ki həyat davam edir, ama deyilən qədər asan olmaz. Birinci gülüşünüz itər, sonra xoşbəxtliyiniz. Siz siz olun, amma bu boş həyatda heçnə üçün üzülüb,üzməyin. Sevdikləriniz üçün darıxmamış onları qucaqlayın.