ice berg

ice berg İdman 29-05-2024, 13:00

"Barselona" Xavini pulsuz yola salacaq

"Barselona" Xavini pulsuz yola salacaq
Xavi klubdan qovulduğu üçün "Barselona" təzminat ödəməkdən imtina edəcək.

Loading.aZ xarici mediaya istinadla bildirir ki, kataloniyalı mütəxəssislə müqaviləyə bu gün xitam veriləcək. "Barselona" təzminatdan imtina sayəsində təxminən 12 milyon avro qənaət edəcək.

Xavinin iddiasına görə isə "Blauqrana" rəhbərliyi məşqçilər korpusunun səkkiz üzvünü işdən qovulduqları üçün tam ödənişlə təmin etməyə borcludur ki, onun da məbləği 3 milyon avroya yaxındır.

Mayın 24-də Kataloniya klubunun mətbuat xidməti Xavinin cari mövsümün sonunda "Barselona"nın baş məşqçisi vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb. Mütəxəssis 2021-ci ildən kluba rəhbərlik edir və komanda ilə iki kubok - İspaniya çempionatı və ölkə Superkuboku qazanıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
318 252 315 241 297 269

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.