ice berg

ice berg özünü 🙃 xoş hiss edir. Sevgi 29-05-2024, 01:30

...amma mənim qəlbim və ağlım doğru yolun sən olduğunu deyir

...amma mənim qəlbim və ağlım doğru yolun sən olduğunu deyir
Mən də bu dünyanın qarmaşasında öz yolunu tapmağa çalışan insanlardan biriyəm. Hamıdan fərqliyəm, mükəmmələm, fərqli görürəm demirəm, məndə hamı kimiyəm. Amma səni hamıdan fərqli sevirəm. Hər gün birinin əlini tutanlardan fərqli olaraq yalnız sənin əlini tutmağın xəyalını qururam. Hər kəsdən gözlərimi qaçırıram, çünki yalnız sənin gözlərindən gözlərimi ayırmaq istəmirəm. Qorxularımı, həyəcanımı, məndə iz buraxan bütün anlarımı heç kimə danışmıram, çünki bunları səninlə paylaşmaq istəyirəm. Çox dostum yoxdu, hər kəslə mehriban olmuram, çünki sən mənə ən yaxşı dost olacaqsan. Uşaqlığımda etmədiyim, yarım qalan arzularımı səninlə gerçəkləşdirəcəm, çünki sən mənim oyun yoldaşımsan. Hə mən hamı kimiyəm, yolda insanların arasına qarışanda onlardan biri oluram, amma mənim qəlbim və ağlım doğru yolun sən olduğunu deyir. 🩵

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
254 321 231 193 220 168

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.