Diablo

Diablo İdman 5-06-2024, 19:00

Azərbaycan II Liqasında bu gün pley-off mərhələsinin cavab qarşılaşması keçiriləcək

Azərbaycan II Liqasında bu gün pley-off mərhələsinin cavab qarşılaşması keçiriləcək
Azərbaycan II Liqasında bu gün pley-off mərhələsinin cavab qarşılaşması keçiriləcək.

"Take.az" xəbər verir ki, AFFA Region Liqası təmsilçisi "Hypers" II Liqanı 13-cü pillədə bitirən "Şəfa" klubu ilə qarşılaşacaq.

"ASCO Arena"da keçiriləcək görüşün start fiti saat 17:00-da səsləndiriləcək.

İlk görüşdə "Hypers" rəqibini 2:0 hesabı ilə məğlub edib. Vüqar Nadirovun baş məşqçisi olduğu kollektiv AFFA Region Liqasında ikinci yeri tutub. "Şəfa" klubu isə II Liqada 2023/2024 mövsümünü 18 xalla 13-cü pillədə bitirib.

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən üstün olan tərəf 2024/2025 mövsümündə Azərbaycan II Liqasında çıxış etmək hüququ qazanacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
277 244 231 217 257 215

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.