"Boşanmaların səbəbi kimi, hər zaman valideynləri günahkar hesab etmək olmaz"
Bu gün valideynlərə övladlarına nə qədər mən sağam evlən, toyunu görüm kimi sözlərlə məcburi evlənməyə sövq edirlər. Gənclər bəzən öz istəkdikləri ilə yox, valideynləri seçdikləri ilə ailə qururlar. Bu da ilkin anlaşılmazlıqlara səbəb olaraq boşanmalara gətirib çıxarır. Bəs bu kimi halların qarşısın necə almaq olar?
Mövzu ilə bağlı sosioloq Mətanət Məmmədova açıqlama verib.
O bildirib ki, evlilikdə valideyn faktoru dedikdə ilk olaraq böyük məsləhəti, tövsiyəsi başa düşülür. Yəni, istər oğlan, istər qız olsun, ailə qurmaq üçün seçdiyi insan haqqında valideynlərini xəbərdar etməli, tanışlıq yaranmalıdır.
"Valideynlər isə öz növbəsində onun ailə qurmaq üçün məsləhətli olub-olmadığını araşdırmalı və nəticəni övladına çatdırmalıdır. İkinci bir tərəfdən isə evlilikdə valideyn faktoru övladını öz istədiyi adamla evlənməyə vadar etmək kimi anlaşılır. Lakin bu, qəti şəkildə yolverilməz haldır. Çünki ailə qurmaq könül məsələsidir. Bir oğlan, bir qız bir-birini sevirsə, ona könlünü verirsə, eyni zamanda qız və yaxud oğlan evlənmək üçün müvafiqdirsə, valideynin bunun əksinə olaraq öz namizədini təqdim etməsi yolverilməzdir. Çünki belə ailələrin əsasən sonu olmur. Bir sözlə, valideyn könül işinə qarışmamalıdır. Övladı kimi sevirsə, onun seçiminə sayğı ilə yanaşmalı, dəstəkləməlidir. Lakin övladlar da böyük məsləhəti dinləməli, valideynlərin araşdırması zamanı oğlanda və qızda hansısa bir problem ortaya çıxarsa, bu problem gələcək ailə üçün əngəl yaradarsa, "ziyanın yarısından qayıtmaq xeyirdir" deyimini anlamalıdırlar. Digər tərəfdən, boşanmaların səbəbi kimi, heç də hər zaman valideynləri günahkar hesab etmək olmaz. Çünki övladını zorla kiminləsə ailə qurmağa vadar edən valideynlər çoxluq təşkil etmir. Bu, əvvəlki illərdə daha çox idi. Müasir dövrdə isə gənclər əsasən öz seçimlərini dəstəkləyir və yeri gələndə bunu valideynə də açıq şəkildə bildirir".