Azərbaycanda erkən nikahlar: Cəmiyyət nə düşünür
Bəzi ölkələrdə yeniyetmə yaşlarında nikaha daxil olmaq kimi hallar mövcuddur. Oxucuların diqqətinə ölkə əhalisinin bu problemə münasibətini əks etdirən infoqrafikanı təqdim edir.
Artıq bir neçə ildir ki, Azərbaycanda müxtəlif dövlət qurumları erkən nikahların yolverilməzliyi ilə bağlı xəbərdarlıq edir. Erkən nikahlar çox vaxt yeniyetmə qızları hətta məktəbdə təhsilini başa vurmaq imkanından belə, məhrum edir.
İnfoqrafika: Azərbaycanda erkən nikahlar - Sputnik Azərbaycan
Media Təhlil Mərkəzinin (MTM) xüsusi araşdırmasına görə, əhalinin əhəmiyyətli hissəsi erkən nikahların aşkar olunduğu halda cəza tətbiqinin labüdlüyünə səs verir. Mərkəzin keçirdiyi sorğunun göstərdiyi kimi, respondentlərin yarıdan çoxu bu problemin həllinin sərt yolunun tərəfdarıdır.
Üstəlik, bu, həm valideynlərə, həm də nikaha daxil olanların özlərinə aiddir. Belə ki, anketdə qeydə alınanların 31%-i valideynlərin, təxminən 26%-i isə "evlənənlərin" özlərinin cəzalandırılmasını tələb ediblər. Hətta sosial çarxların erkən nikah problemini həll edə biləcəyinə inananlar da var.