HASANLY

HASANLY İdman 15-06-2024, 14:16

Almaniya milli komandası tarixə düşdü

Almaniya milli komandası tarixə düşdü
"Avro-2024"ün açılış matçında Şotlandiyanı 5:1 hesabı ilə məğlub edən Almaniya milli komandası Avropa Çempionatları tarixində ən böyük hesablı qələbəsini qazanıb.

Almaniya millisinin Şotlandiya ilə oyuna qədər indiyədək ən böyük qələbələri 1972-ci ildə SSRİ komandasına 3:0, 2016-cı ildə Slovakiyaya qarşı 3:0 hesablı qələbələr olub.

Xatırladaq ki, qarşılaşmada hesabı 10-cu dəqiqədə Almaniya millisinin yarımmüdafiəçisi Florian Virtz açıb. 19-cu dəqiqədə yarımmüdafiəçi Camal Musiala komandanın üstünlüyünü möhkəmləndirib. 45+1-ci dəqiqədə Almaniya yığmasının hücumçusu Kay Haverts penalti zərbəsini dəqiq yerinə yetirərək komandasının üçüncü qolunu vurub.

68-ci dəqiqədə hücumçu Niklas Füllkruq meydan sahiblərinin 4-cü qolunu vurub. 87-ci dəqiqədə Almaniya yığmasının mərkəz müdafiəçisi Antonio Rüdiger topu öz qapılarına vuraraq avtoqola imza atıb. 90+3-cü dəqiqədə yarımmüdafiəçi Emre Can meydan sahiblərinin 5-ci qolunu vurub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
333 335 264 265 275 282

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.