Limanlar ayrı salır ümidsiz sevgiləri.

Limanlar ayrı salır ümidsiz sevgiləri. Limanlar qovuşdurar yol gözləyən gözləri.." Həyatın özü kimi bu misralarda belə təzad var, ziddiyyət var. Bunların vəhdətində isə qocaman bir gözəllik və gerçəklik var.. Necə də qəribədir.. Eyni liman kimlərisə qovuşdurur, kimlərisə ayrı salır..Bir də doğru limanda yanlış gəmini gözləyənlər var.. Yanlış gəmini gözlədiyindən belə xəbərsizdi.. Ümidlə boylanır "bu saatlarda gəlməlidir, harda olsa gələr" deyə...
Amma gözlədiyi gəmi gəlmir.. Demək, bu gün də gəlmədi, dünən də gəlməmişdi. Necə gəlsin axı? O gəmi başqa limana yan almaq üçün yola çıxıb..
Dünən gəlmədiyi kimi, bu gün də gəlmədi, sabah da gəlməyəcək.. Gözləyən kəs bunu anladıqda isə bütün ümidlərini o limanda buraxıb həm gəmiyə, həm də limana küsür... Və bir sevgi hekayəsi də "O Limanda" bitir..
Məncə gözlənilən gəmi gəlməsə belə o limana küsməmək gərək.
Bəlkə həyatın dalğaları başqa bir gəmini həmin limana doğru məhz sizin üçün istiqamətləndirəcək. Gəlməyən gəmilərdən ötrü Limanlara küsməməyiniz diləyi ilə..💙