Nə bilim sən sonra qəlbinə küsərsən
Sevmisən də neyləmisən ki? Günah deyil ki, sevib də qəlbin onu.. Bir anda çıxıb qarşına elə bilmisən ki, bu insan da səni çox sevər.. Amma elə olmayıb bilirəm, o səni üzüb gedib, ürəydi də sevərkən səndən məsləhət almır ki.. baxmır da necə olar, elə bilir ki, hərşey elə ilk gunki kimi olacaq olmur axı.. İlklərdə deyir mən səni sevirəm, nə bilim yanında olacam, səni buraxmayacam falan, hərkəsin hərkəsə dediyi sözləri o da sənə deyir. Sonra zaman keçir gəlib deyir ki, bağışla da alınmır bizdə.. Öncə qəribə gəlir sənə onun dedikləri, inanmısan axı, güvənmisən də, axı sevgi elə güvəndi.. Sonra sən ilk günlə son gün arasındakı günləri və o son güb ortaya çıxan bütün yalanları öyrənirsən.. Sanki, həyatını bir film kimi izləyirsən kənardan.. Zaman keçir özünə gəlirsən deyirsən ki, keçdi də amma soruş gör səndən nə alıb aparıb güvən duyğunu.. Sonra sən deyəcəksən ki, əşi mən sevgiyə inanmıram. İnanmazsan da necə inanasan ən saf və gözəl hisslərini bu insan da öldürmüsən də.. Sonra deyirlər ki, sevgi yoxdu əşi sevgi var e insan kimi sevən yoxdu, bu şəkildə öldürürlər də sevgini.. Sənə dəli kimi baxacaqlar, nə bilim səni günahlandıran çox olacaq nə bilim hələ deyəcəklər ki, aldanmayaydın da, day deyə bilmirsən ki, hamının üzündə bir maska var onlar özlərini tanıdana qədər tanımaq olmur.. Nə bilim sən sonra qəlbinə küsərsən və inan ki, qəlbin bir daha o hissləri yaşayıb gəlib sənə deməyəcək ki, bax mənim içimdə bu duyğular var.. Olub axı..







