ice berg

ice berg Sevgi 24-06-2024, 23:55

Sən bütün darıxmaqların baş tacısan

Sən bütün darıxmaqların baş tacısan
Şeirlərdə bəzəmişəm adını,
Sən Bakının köhnə vaxtı,
Bizim köhnə məhəllənin,
Sərin axşamüstüsüsən.
Soyuq havalarda yanında yatdığım,
Dəmir peçin istisisən.
İşıqlar sönəndə yanan lampanın,
Üflədiyim tüstüsüsən.
Uşaq vaxtı oynadığım oyunların dadısan,
Dərsdən gəlib yatdığım şirin yuxusan.
Sən,həyətdə əkdiyimiz çiçəklərdən,
Gələn nadir qoxusan.
İlk şeir yazmağa başladığım söz,
Qələmimin ucusan.
Mən hələ bu qədər darıxmamışdım,
Sən bütün darıxmaqların baş tacısan.🩵

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
539 448 348 401 373 360

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.