n2006

n2006 Sağlamlıq 22-06-2024, 16:52

Yayın sevimlisi qarpızın inanılmaz faydaları

Yayın sevimlisi qarpızın inanılmaz faydaları
Yay fəslinin əvəzolunmaz meyvələrindən biri olan qarpız bir çoxumuzun sevimlisidir. Bu giləmeyvə həm də insan orqanizmi üçün çox faydalıdır.

Bəs görəsən, qarpızın bədənə nə kimi faydaları var?



Qarpız PP, C, D, B1, B2, B6 vitaminləri, dəmir, mis, sink, kaliy, fosfor kalsi duzları və fol turşusu ilə çox zəngindir. Həkim tap

Fol turşusu isə qan istehsalı üçün və orqanizmdə baş verən müxtəlif biokimyəvi reaksiyalar üçün çox lazımlıdır. Buna görə qan azlığı və dəmir defisitli anemiya zamanı qarpız tövsiyə olunur.

Bundan əlavə qarpız güclü sidikqovucu vasitədir. Buna səbəb kaliy duzlarıdır. Bu duzlar böyrəkdən, sidik kisəsi və sidik axarından daşların çıxarılması və parçalanmasına, həmçinin sistitin müalicəsində kömək edir.

Qarpızda olan “Likopen” maddəsi qan təzyiqini nizamlayır. Tərkində olan yüksək kalium və Beta-Karoten maddəsi sayəsində ürəyi infarkta qarşı qoruyucu xüsusiyyəti var.

Həzm sistemini, o cümlədən bağırsaqların fəaliyyətini normallaşdırır.

Qarpızın özü kimi tumları da faydalıdır. İslam dininə görə, qarpızın tumları lətin içərisində səpilmiş halda olduğu üçün onları çıxarmaq yox, yemək lazımdır.

Bu tumlar çox sayda amin turşuları ilə zəngindir. Doymamış yağ turşuları ilə xolesterinin toplanmasının, aterosklerozun qarşısını alır.

Qarpız tumları bağırsaqlardan qurdları qovur.

Lakin bu tumla sidik kisəsində daş olanlara olmaz. Həmçinin bağırsaq koliti, mədəsində xora olanlar yeməməlidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
334 273 276 297 239 292

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.