amon

amon Şeirlər 3-07-2024, 20:00

Tez küsən sevgilim, indi hardasan?

Tez küsən sevgilim, indi hardasan?
Tez küsən sevgilim, indi hardasan?
Bu dəfə bu küslük çox çəkmədimi?
Biz axı küsəndə tez barışardıq,
Ayrılıq sənə də çox gəlmədimi?

Günəşim sən idin, sən dəki soldun...
Gündüzüm gecəyə qarışıb indi.
Bir biz barışa bilmədik əfsus,
Şeytan mələk belə barışıb indi.

Barışmaq istəsən qayıt gəl geri
Məndə peşmanam mən də, sevgilim.
Onsuz da hər şeyi özüm etmişəm,
Yoxdur heç bir günah səndə sevgilim.

Gələndə bir ovuc söz gətir mənə,
Və söz ver bir daha getməyəcəksən.
Adına söz qoşur yalandan hər kəs,
Sən axı xəyanət etməyəcəksən


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
615 674 544 523 702 707

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.