Kukulka

Kukulka Xəbərlər 15-08-2017, 12:42

Türkiyədə AĞIR QƏZA: 3 azərbaycanlı faciəvi şəkildə öldü

Türkiyədə AĞIR QƏZA: 3 azərbaycanlı faciəvi şəkildə öldü

Türkiyədə AĞIR QƏZA: 3 azərbaycanlı faciəvi şəkildə öldü

Türkiyə ilə Azərbaycanı birləşdirən Dilucu Sərhəd Keçid məntəqəsi yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata əsasən, İğdırdan Naxçıvana gələn Azərbaycan nömrə nişanlı avtomobil idaretmənin itirilməsi nəticəsində yoldan çıxıb. Nəticədə avtomobil bir neçə dəfə çevrilib.
Türkiyənin Qars şəhərindəki Azərbaycanın baş konsulu Nuru Quliyev Report-a bildirib ki, hadisə zamanı Azərbaycan vətəndaşları Hüseyn Hüseynov, Hüseynəli Orucov və Ukrayna vətəndaşı olan, əslən azərbaycanlı Hüseyn Əbilov ölüblər. Konsul bildirib ki, qəzada dünyasını dəyişən şəxslərin cənazələri artıq Azərbaycana göndərilib.

Onun sözlərinə görə, qəza zamanı Vera Orucova və Mayil Maxsuyev isə ağır yaralanıblar. Azərbaycanın konsulluğu yaralıların vəziyyəti ilə mütəmadi maraqlandıqlarını bildirib. Yaralılar İğdır Dövlət Xəstəxanasına yerləşdirilib.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
594 519 561 485 479 482

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.