ice berg

ice berg Gözəllik 5-07-2024, 10:00

Üzü təmizləmək üçün 4-2-4 üsulundan istifadə edin

Üzü təmizləmək üçün 4-2-4 üsulundan istifadə edin
Gözəl, sağlam, təmiz bir dəriyə sahib olmaq zaman alır. Yaponlar qüsursuz görünmək və dəri problemlərindən xilas olmaq üçün öz üsullarını formalaşdırıblar.

Loading.aZ xarici KİV-ə istinadən xəbər verir ki, bir çox Asiyalı kimi yapon qadınlar da üzünü təmizləmək üçün 4-2-4 üsulundan istifadə edir. 4-2-4 üsulu zamana görə mərhələlərə ayrılan xüsusi bir sistemdir.

İlk 4 dəqiqə: Yağ masajı

Yağ masajının məqsədi dərini 4 dəqiqə ərzində hərəkətləndirərək dövranı yaxşılaşdırmaqdır. Bu üst təbəqəni yumşaldır və tıxanmış məsamələrin boşalmasına kömək edir.

Jojoba yağını dərinizə masaj edərək tətbiq edin. Bu yağ sızanaq problemini azaltmaqda sizə kömək edə bilər. Matlığı aradan qaldırmağa və toksinləri çölə atmağa kömək edən Hind yağından da istifadə edə bilərsiniz.

İkinci 2 dəqiqə: Krem təmizləmə mərhələsi

Üzünüzə masaj etdikdən sonra yağın üstünə bir az təmizləyici çəkin. Mütəxəssislər dərini çox qurutmadığı üçün köpük və ya gel əvəzinə krem təmizləyicilərinə üstünlük verməyi məsləhət görürlər.

Üçüncü 4 dəqiqə: Durulama mərhələsi

Üzünüzü əvvəlcə 2 dəqiqə ilıq su ilə yuyun, sonra 2 dəqiqə soyuq su ilə yuyun. İlıq su dərinizdəki çox yağı təmizləməyə və səthdəki qan dövranını artırmağa kömək edəcək.

Üzünüzü soyuq su ilə yumaq məsamələri möhkəmlədəcək. Bu üsul dərinin nəmlənməsinə kömək edir. Beləcə bu əməliyyatlardan sonra üzünüz parlaq görünür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
301 322 296 305 301 288

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.