Yox, deməyi bacarmadığımdan əzilən tərəf olmuşam
Mənim ən böyük yanlışım insanlara "yox" deməyi bacarmamağım oldu. Sevdiklərimi, nəyinki sevdiklərimi sevmədiklərimi də incitməkdən qorxdum, bir insanın qəlb qırıqlığı olmaqdan qorxdum, vicdanım rahat olsun deyə çalışarkən, sən demə üzülən və incidilən insan oldum. İnsanları üzməyim, kiminsə ağlamaq səbəbi olmamağa çalışarkən, üzülən və ağlayan tərəf mən oldum. Zamanında ehtiyacım olan insanlar mənə üz çevirib getdikdən sonra geri döndükləri və mənə ehtiyacları olduqlarında "siz yanımda yoxuydunuz bir zamanlar" deməyib "burdayam" dedim. Mənə zaman ayırmayan insanlara "Bağışla mənim də işim var, dinləyə bilmirəm səni" deməyə cəsarət etmədim. Sıramı istəyən insana mən də tələsirəm deməyib qəlbimdə bir şey olmaz, bəlkə o daha çox tələsir, daha vacibdir deyib sıramı o insana verdim, dəyər verdiyim insanlar asanlıqla yalan danışarkən mənə, mən bir açıqlaması yəqin ki var, səbəbi yəqin ki var deyib açıqlama gözlədim, insanların qürurundan bağışlamadığı yanlışları, mən bəhanələr tapıb bağışladım, bilənlər qürursuz zənn etdi, insanlar səhv edərkən səhvsiz insan yoxdur deyib səhvləri gözardı etdim, qarşımdakı insanın məndən uzaqlaşması və məni üzməsində yanlışı özümdə axtardım, bəlkə yanlış məndədir ki bu belə oldu deyib günahı öz üzərimə aldım. Bu dəfə bəsdir mən də qəddar olacam deyərkən yanlış insanları üzdüm, sonra isə üzdüyüm üçün üzüldüm. Hər an ölə bilərik düşüncəsiylə küs olduğum insanlara addım atmaqdan çəkinmədim, insanlar məni saf, ya da gücsüz, onlardan asılıymışam kimi zənn etdi. Empatiya qurmaq istəyərkən özümü məhv etdiyinin fərqində olmamışam. Yox, deməyi bacarmadığımdan əzilən tərəf olmuşam)
Yox deməyi bacarın. İnsanlar belədir danışmaq istəyən onsuz da danışacaq. Qanad taxıb uçsan deyəcəklər gəzə bilmir, suda ayaq üstə gəzsən deyərlər üzə bilmir. Onların tək işi danışmaqdır çünki. Ətalət hərəkət etmədiyi üçün ancaq şərh etməyi seçir.
Yox deməyi bacarın. İnsanlar belədir danışmaq istəyən onsuz da danışacaq. Qanad taxıb uçsan deyəcəklər gəzə bilmir, suda ayaq üstə gəzsən deyərlər üzə bilmir. Onların tək işi danışmaqdır çünki. Ətalət hərəkət etmədiyi üçün ancaq şərh etməyi seçir.







