Diablo

Diablo İdman 12-07-2024, 12:30

Ronaldu Arda Gülərin könlünü aldı: Otağa gəldi

Ronaldu Arda Gülərin könlünü aldı: Otağa gəldi
AVRO 2024 çərçivəsində baş tutan Türkiyə-Portuqaliya matçından sonra türkiyəli futbolçu Arda Gülərin üzünə baxmayan Kriştianu Ronaldu sonradan onun könlünü alıb.

Sun.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı İspaniya nəşrlərinə istinadla məlumat yayıb. Xəbərdə K.Ronaldunun A.Gülərin yanına gedərək formasını verdiyi bildirilib:

“Portuqaliya ilə matçımız bitəndə Ronaldonun formasını özündən istəmək istədim, amma belə tələblərə öyrəşmədiyim üçün bir az utandım. Ancaq Joau Feliksi uzun müddətdir tanıyıram, ona görə də gedib Ronaldudan forma istəməsini xahiş etdim.

10 dəqiqə sonra Feliks Ronaldu ilə soyunma otağına gəldi və hər kəs onun gəlməyinə təəccübləndi. “Əssalamu əleykum” dedi və formasını verdi. Əvvəlcə fərqinə varmadım, amma anladım ki, Kriştianu hər kəsi xoşbəxt etməyi sevir, tanımasa da.

Bu anın sonsuza qədər yaddaşımda qalacağına inanıram. Tarixdəki ən yaxşı oyunçu sizin yanınıza gəldiyində bu inanılmazdır”, - deyə A.Gülər söyləyib.

Xatırladaq ki, Türkiyə-Portuqaliya matçından sonra portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun türkiyəli həmkarı Arda Gülərə məsafəli davranması gündəm olmuşdu. Türkiyəli futbolçu Ronalduya doğru əl uzatsa da, ikilinin arasında dialoq olmaması müzakirələrə səbəb olmuşdu.

Sosial şəbəkə istifadəçiləri Ronaldonun Ardanı görməsinə baxmayaraq heç bir reaksiya vermədiyini yazmışdılar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
294 288 247 249 280 248

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.