Qərar verdim gözləmək yox daha

Qərar verdim artıq gözləmək yox bundan sonra nə vəfasız bir yarı nə də heç reallaşmayacaq ümidləri... Gözləməyəcəyəm daha bezdim hərşeydən. Niyə həmişə mən oldum həsrətlərlə itən və sənsizlik deyilən o cəhənnəm atəşində yanan. Daha bəsdi bunnan sora o atəşlərin istisinə məndə dözəcək can qalmadı. Əl çəkirəm səndəndə, həsrətindəndə.
Qərar verdim unudacam sənidə, sənə olan xəyallarımıda. Xatirələrimə yazdığım puç olan xəyallarıma səni basdıracağam. Amma çox yaxşı bilirəm unutmaq istəsəmdə yenədə sevəcəyəm. Olsun bunada dözərəm onsuzda mən nəvaxt səninlə oldumki. Hər dəfəsində səndən gələn o sərhədi hiss elətdirdin mənə. Nədə olmasa o sərhədlərlə öyrəşdim mən sənlə olarkən sənsizliyə.
Qərar verdim ümid bağladığım hərşeydən, qurduğum xəyallarımdan əlimi üzəcəyəm. Və tənha qalmağın acısını yalnız özümə çəktirəcəyəm. Bütün həyatım boyunca xoşbəxt olmamış bu hislərimi sənsizliklə bəsləyəcəyəm. Unutma mən bundan sora tək səni deyildə sənsizliyidə sevəcəyəm. Birtək sənsizlik oldu mənə qalan. Nə xoşbəxtlik verir mənə nədəki kədər.Artıq özümdə bilmirəm, başa düşmürəmki mən necə hislərin əhatəsindəyəm. Ama olsun mən bir yola cıxdım və qərar verdim.. Qərarımdanda dönməyəcəyəm.







