Diablo

Diablo İdman 17-07-2024, 18:30

İngiltərə millisinin baş məşqçi postuna namizədlərin siyahısı açıqlanıb

İngiltərə millisinin baş məşqçi postuna namizədlərin siyahısı açıqlanıb
İngiltərə millisinin baş məşqçi postuna namizədlərin siyahısı açıqlanıb.

"Take.az" yerli KİV-ə istinadən xəbər verir ki, siyahıda 5 mütəxəssis yer alıb.

“Çelsi”nin keçmiş baş məşqçisi Qrem Potter favorit hesab olunur. İkinci yerdə “Nyukasl”ın çalışdırıcısı Eddi Hau, üçüncü pillədə isə İngiltərənin U-21 yığmasına rəhbərlik edən Li Karsli qərarlaşıb. Tanınmış mütəxəssislərdən almaniyalı Tomas Tuxel və argentinalı Mauritsio Poçettino da bu postu tutmağa namizəddirlər.

Qeyd edək ki, Qaret Sautqeyt iyulun 16-da istefa verəndən sonra İngiltərə yığmasının baş məşqçi postu boş qalıb. Komanda onun rəhbərliyi altında AVRO-2024-ün finalında İspaniya yığmasına 1:2 hesabı ilə məğlub olub

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
285 245 275 278 223 239

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.