Həyatı sevirəm

Həyatı sevirəm...
Həyatdan zövq alıram çətinliklərin öhdəsindən gəldikcə! Həyata möhkəm bağlanıram ümidlərim qırıldıqca! Çiçək açıram arzularım həyata keçdikcə! Mürəkkəbliyi sevirəm sadəliyi anladıqca! Çətinlikdən bezmirəm həyat yolumdakı məneələri dəf etdikcə! Qaranlığı sevirəm o qaranlıqdakı işığın özüm olduğunu düşündükcə! İşığı sevirəm bu işıqda parıldayan insanları gördükcə!
Həyatı sevirəm
Qara buludlardan yağan yağışı sevirəm arzularımı suladıqca! Küləyi sevirəm ümidlərimin açılmasına nəzarət etdikcə! Yaşıllığı sevirəm yolumda hər daim yandığını gördükcə! Günəşi sevirəm öz şüaları ilə məni isitdikcə! Ayı sevirəm qaranlıq gecələri aydınlatdıqca! Ağ buludları sevirəm hərdən günəş şüalarına istirahət verdikcə! Yüksək zirvələri sevirəm alçaq dağlara əlim çatdıqca! Zirvələrdəki qarı sevirəm soyuqluğunu hiss etdikcə! İnsanları sevirəm içimdəki buzları əritdiklərini anladıqca! Sevgini sevirəm sevildiyimi duyduqca! Masamdakı şamı sevirəm yanaraq əridikcə! ALLAHı sevirəm bütün gözəlliyi mənə bəxş etdiyini var olan bu gözlərlə gördükcə!







