cabir

cabir Xəbərlər 18-07-2024, 18:30

İsrailin Qəzzaya son 24 saatda təşkil etdiyi hücumlarda 49 fələstinli həyatını itirib

İsrailin Qəzzaya son 24 saatda təşkil etdiyi hücumlarda 49 fələstinli həyatını itirib
İsrailin Qəzzaya son 24 saatda təşkil etdiyi hücumlarda 49 fələstinli həyatını itirib Sun.Az
xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 284 gündür hücumları ilə bağlı məlumat verilib.

İsrail ordusunun Qəzzanın müxtəlif bölgələrində son 24 saat ərzində həyata keçirdiyi hücumlarda daha 49 fələstinlinin həyatını itirdiyi, 69 fələstinlinin isə yaralandığı bildirilib.

Açıqlamada hücuma məruz qalanlardan bəzilərinin hələ də dağıntılar altında olduğu bildirilib və Qəzzada təcili yardım və mülki müdafiə qruplarının bu insanlara çata bilmədiyi vurğulanıb.

İsrailin Qəzzada 7 oktyabr 2023-cü il tarixindən bu yana davam edən hücumlarında həlak olan fələstinlilərin sayının 38 min 713, yaralananların sayının isə 89 min 166 olduğu qeyd edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
223 242 204 217 227 191

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.