ice berg

ice berg İdman 20-07-2024, 10:56

Haaland "Real"ı yox "Barselona"nı seçdi - SƏBƏBİ

Haaland "Real"ı yox "Barselona"nı seçdi - SƏBƏBİ
"Mançester Siti"nin və Norveçin hücumçusu Erlinq Haaland artıq “Real Madrid”ə keçməkdə maraqlı deyil.

Loading.aZ xarici mediaya istinadla bildirir ki, forvard Kilian Mbappenin “Real Madrid”ə transferindən sonra gələcək klubuna olan üstünlüklərini dəyişib. İndi o, Madrid klubuna keçsə, start heyətdə oynayacağına əmin deyil.

Bununla belə, hücumçu “Mançester Siti”ni tərk etməyin əleyhinə deyil və hələ də özünü İspaniya La Liqasında sınamaq istəyir. Belə ki, o, hazırda gələcək klub kimi “Barselona”ya üstünlük verir.

Həmçinin məlumata görə, Haalandın 2027-ci ilə qədər olan müqaviləsində İspan nəhəngi "vətəndaşlara" təklif edərsə, 2025-ci ildən satın alma maddəsi var.

Ötən mövsüm hücumçu "Mançester Siti"nin heyətində bütün turnirlərdə 45 oyun keçirib, 38 qol vurub və 6 məhsuldar ötürmə edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
235 212 222 248 219 244

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.