ÊLfidÂ

ÊLfid Sağlamlıq 16-08-2017, 15:57

Gözünüz ağrıyırsa, bu xəstəliyiniz ola bilər -DİQQƏT

Gözünüz ağrıyırsa, bu xəstəliyiniz ola bilər -DİQQƏT



Şiddətli olaraq davam edən göz ağrısı ciddi xəstəlik əlaməti ola bilər.

Göz ağrısı aşağıdakı səbəblərdən meydana gələ bilər:


Allergiyalar

Blefarit
( Göz qapağı infeksiyası)

Chalazion ( Göz kistası)

Göz quruluğu

Kontakt linza problemi

Keratit
( Kornea iltihabı)

Glokom xəstəliyi ( optik sinirlərə zərər verən vəziyyət)

Optik nervit (optik sinir iltihabı)

Sklerit ( gözün ağ hissəsində meydana gələn iltihab)

Göz ağrısı zamanı müalicə necə aparılır?

Eynək istifadəsi: Əgər daimi linza istifadə edə bilmirsinizsə, eynəkdən faydalana bilərsiniz.

İsti kompress: Həkimlər, xəstələrə göz qapağı iltihabı zamanı nəmli dəsmal ilə kompress tətbiq etməyi məsləhət görür. Bu yağ vəzilərini və tük köklərinin açılmasına yardımçı olur.

Antibiotiklər: Antibakterial damcılar və oral antibiotiklər gözdə ağrıya səbəb olan infeksiyaların müalicəsində istifadə edilir.

Göz damcıları: "Glokom” xəstəliyi olan xəstələr müalicə məqsədi ilə göz damcıları istifadə edə bilər.

Cərrahiyə əməliyyatı: "Glokom” xəstəliyi olan xəstələrin lazer əməliyyata ehtiyacı var.

Göz ağrısından ev üsulu necə xilas olaq?

Xiyar

Xiyar tərkibindəki iltihabəleyhinə maddələr sayəsində gözdəki itihabın, şişkinliyin azalmasına səbəb olur.

Xiyar yuyulur və qalın dilimlər halında kəsilir. Bu dilimlər 15-20 dəqiqə soyuducuya qoyulur və ardından 10 dəqiqə ərzində göz ətrafına qoyulur. Gündə 4-5 dəfə bu proses təkrarlanır.

Soyuq süd

Göz ağrısının ya da göz qaşıntısının qarşısını almaq üçün ən təsirli üsullardan biri süddür.

Südə batırılmış pambıqla gözün ətrafı ovxalanır. Gündə 2 dəfə səhər və axşam təkrarlayın.

Gül suyu

Təbii gül suyu göz ağrısı və qaşıntısından xilas olmağın ən effektiv ev üsullarından biridir. Gündə iki dəfə gül suyu ilə gözünüzü yaxalayın. Gözlərinizdə qalıcı rahatlıq üçün gül suyunu göz damcısı olaraq istifadə edə bilərsiniz. İltihab olan gözə 3 damcı gül suyu tökün.


En yaxşısı ise hekime müraciet edin:)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
633 688 589 644 612 651

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.